• Bakı 11° C

    7.62 m/s

  • USD - 1.7

    EUR - 1.8331

    RUB - 0.0184

“Qarabağ” - “Molde” oyunu səkkizinci oldu

İDMAN

22 Sentyabr 2023 | 12:29

“Qarabağ” - “Molde” oyunu səkkizinci oldu

UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” - “Molde” (Norveç) qarşılaşmasını tribunalarda 26 min 500 tərəfdar izləyib. Bu görüş siyahının səkkizinci pilləsində yer alıb.

Ən çox azarkeş Yunanıstanda “Panatinaikos” və İspaniyanın “Vilyarreal” komandaları arasında keçirilən matçda qeydə alınıb. Görüşü 57 min 3 nəfər tribunadan izləyib.

Qeyd edək ki, “Qarabağ” “Molde”ni minimal hesabla məğlub edib - 1:0.


SON XƏBƏRLƏR

08 Dekabr 2023