• Bakı 21° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Almaniya millisinin yeni baş məşqçisi bəlli oldu

İDMAN

23 Sentyabr 2023 | 00:21

Almaniya millisinin yeni baş məşqçisi bəlli oldu

Almaniya Futbol Federasiyası (DFB) Yulian Naqelsmannın Almaniya milli komandasına baş məşqçi təyin olunduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 36 yaşlı mütəxəssisin müqaviləsi 31 iyul 2024-cü ilə qədərdir.

Naqelsmanın köməkçiləri Almaniya millisinin sabiq futbolçusu Sandro Vaqner və Benjamin Qluk olacaq.

Qeyd edək ki, Naqelsmann milli komandanın baş məşqçisi postunda sentyabrın 10-da istefaya göndərilən Hans-Diter Fliki əvəzləyib.

Xatırladaq ki, 2021-ci ilin iyulundan 2023-cü ilin martına qədər Naqelsmann "Bavariya"ya rəhbərlik edib. Onunla Münhen klubu iki dəfə Almaniya çempionluğunu və ölkə Superkubokunu qazanıb. Bundan əvvəl isə mütəxəssis " Leypsiq" və "Hoffenhaym"da çalışıb.


SON XƏBƏRLƏR

08 May 2025