• Bakı 24° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Millimiz Almaniyada məğlub oldu

İDMAN

24 Avqust 2023 | 00:27

Millimiz Almaniyada məğlub oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında növbəti oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Ataman Güneyligilin yetirmələri yer aldıqları C qrupunun son matçında İsveçlə qarşılaşıblar.

Yığmamız rəqibdən yalnız bir set ala bilib. Ümumi nəticədə isə isveçlilər 3:1 (25:17, 17:25, 25:21, 25:18) hesablı qələbə qazanıblar.

Digər matçda Yunanıstanı 3:0 hesabı ilə üstələyən Türkiyə millisi qrup birinciliyini təmin edib. Azərbaycan seçməsi isə 5-ci pilləyə düşüb. Millimiz yalnız bir halda qrupda dördüncü yeri tutaraq, növbəti mərhələyə adlaya bilər. Bunun üçün Çexiya son tur oyununda "quru" hesabla uduzmalıdır.

Qrup mərhələsinə avqustun 24-də keçiriləcək Çexiya – İsveç və Türkiyə - Almaniya oyunları ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026