• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Murad Musayev Latviyaya buraxılmaya bilər

İDMAN

25 Iyul 2023 | 12:03

Murad Musayev Latviyaya buraxılmaya bilər

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviyanın RFS klubu ilə qarşılaşacaq “Sabah” problemlə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev və məşqçilər korpusu adıçəkilən ölkəyə buraxılmaya bilər.

Buna səbəb onların Rusiya vətəndaşı olması və Latviyaya Avropa İttifaqına daxil olmayan ölkədən yollanmasıdır.

“Sabah”ın Mətbuat xidmətinin rəhbəri Elnur Həmidov  açıqlamasında yalnız Latviyaya çatdıqları zaman vəziyyətin bəlli olacağını bildirib:

“Həmin ölkədə belə bir qanun var, amma biz bütün lazımi prosedurları yerinə yetirmişik. Hüququ cəhətdən bir çətinlik yoxdur. Viza məsələləri də qaydasındadır. Lakin hər şey paytaxt Riqaya çatdığımız zaman bilinəcək”. /Qafqazinfo.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR