• Bakı 29° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Mbappe ilə bağlı gizli danışıqlar aparılır

İDMAN

25 Iyun 2023 | 19:52 | Müəllif: Subhan Mahmudov

Mbappe ilə bağlı gizli danışıqlar aparılır

PSJ-nin hücumçusu Kilian Mbappe bu yay “Real Madrid”ə keçə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “El Debate” jurnalının əməkdaşı Tomas-Qonsales Martin məlumat verib.

Onun sözlərinə görə, Mbappenin anası parislilərlə bir neçə ay gizli danışıqlar aparıb. O, transfer məsələsini tez bir zamanda başa çatdırmaq istəyir.

PSJ 24 yaşlı hücumçu üçün 250 milyon avro birdəfəlik ödəniş və 50 milyon avro bonus tələb edir. Madrid klubu maksimum 200 milyon avro birdəfəlik ödəniş və 20 milyon avro bonus təklif etməyə hazırdır. Tərəflər danışıqları davam etdirirlər.

Qeyd edək ki, iyunun 12-də mətbuatda Mbappenin PSJ rəhbərliyinə rəsmi məktub göndərərək  heç bir halda 2025-ci ilə qədər komandada qalmayacağını bildirdiyi barədə məlumat yayılıb. PSJ  hazırda qüvvədə olan müqavilənin sonunda - gələn ilin yayında hücumçunu pulsuz buraxmamaq üçün təcili olaraq ona alıcı axtarır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026