• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qarabağ”ın daha bir oyununun vaxtı dəyişdirildi

İDMAN

28 Aprel 2023 | 13:10

“Qarabağ”ın daha bir oyununun vaxtı dəyişdirildi

“Qarabağ”ın Azərbaycan Premyer Liqasında daha bir oyununun vaxtı dəyişdirilib.

Bakıvaxtı.az-ın Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, Ağdam təmsilçisi XXXIII turda “Qəbələ” ilə matçı öncədən nəzərdə tutulduğu kimi, mayın 6-da keçirməyəcək.

XXXII turun “Neftçi” – “Qarabağ” görüşü aprelin 30-dan mayın 2-nə təxirə salındığından, ağdamlıların bir tur sonra “Qəbələ” ilə ev qarşılaşmasının mayın 8-də oynanılması qərara alınıb.

“Azersun Arena”da baş tutacaq “Qarabağ” - “Qəbələ” oyunu saat 20:00-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026