• Bakı 27° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Millimiz Qran-prini 3 medalla başa vurdu

İDMAN

27 May 2023 | 15:13

Millimiz Qran-prini 3 medalla başa vurdu

Azərbaycan cüdo millisi Avstriyanın Linz şəhərində keçirilən Qran-pri turnirini 3 medalla başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, yarışa 12 idmançı ilə yollanan komanda 2 gümüş, 1 bürünc medalla kifayətlənib.

Son gündə 90 kq çəki dərəcəsində iki cüdoçu mübarizəyə qoşulub. Elcan Hacıyev ilk görüşünə 1/16 finalda çıxıb və belçikalı Karel Fubertə məğlub olub.

Murad Fətiyev də yarışa 1/16 finaldan qoşulub. 24 yaşlı idmançı ispaniyalı Daniel Trinidaddan güclü olsa da, növbəti raundda büdrəyib. Fətiyev Avstriya təmsilçisi Tomas Şarfetterə uduzub.

Qeyd edək ki, Qran-prinin ilk iki günündə Kamran Süleymanov (66 kq) və Rəşid Məmmədəliyev (73 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal əldə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026