• Bakı 18° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

İstanbul derbisinin hakimləri bəlli oldu

İDMAN

27 Aprel 2023 | 13:46

İstanbul derbisinin hakimləri bəlli oldu

"Beşiktaş" və "Qalatasaray" komandaları arasında keçiriləcək Türkiyə Super Liqasının XXXII tur oyununu idarə edəcək baş hakim açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Ali Şansalana həvalə edilib.

Ona Ceyhun Sesigüzel və Mehmet Emin Tuğral laynsmanlar qismində köməklik göstərəcəklər.

Ali Şansalan daha əvvəl Türkiyənin üç böyük komandası arasında gerçəkləşmiş İstanbul derbilərini idarə etməyib.

Qeyd edək ki, aprelin 30-da oynanılacaq "Beşiktaş" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026