• Bakı 26° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

AFFA klubları cərimələdi

İDMAN

27 Aprel 2023 | 12:43

AFFA klubları cərimələdi

AFFA İntizam Komitəsi Premyer Liqanın XXXI turunda qeydə alınan neqativ hallara görə klubları cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, “Neftçi” ilə oyunda 4 futbolçusu sarı vərəqə alan “Səbail” 800 manat cəriməyə məruz qalıb.

“Sumqayıt” – “Qəbələ” qarşılaşmasına təcili tibbi yardım maşını təyin olunan vaxtdan gec gəldiyindən, birincilər 400 manat ziyana düşüblər.

Həmçinin, görüşdə meydançaya kənar əşyalar atılıb ki, bu, “gənclik şəhəri” təmsilçisinin daha 1600 manat cərimələnməsinə səbəb olub. Eyni zamanda, 6 oyunçusu sarı vərəqə alan “Qəbələ” də 800 manatlıq cərimə ödəməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026