• Bakı 20° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Kadi üçün mövsüm bitdi

İDMAN

27 Aprel 2023 | 14:09

Kadi üçün mövsüm bitdi

Rusiyanın “Krasnodar” klubunda çıxış edən “Qarabağ”ın keçmiş futbolçusu Kadi Borges üçün mövsüm başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə braziliyalı yarımmüdafiəçi yerli “Sport24.ru” saytına açıqlamasında deyib.

Premyer Liqanın XXIV turunda “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə hava toqquşması nəticəsində beyin silkələnməsi və kəllə sümüyünün çoxsaylı sınıqlarına məruz qalan 27 yaşlı hücumameyilli oyunçu gələn mövsümün hazırlığı zamanı kollektivə qoşulacağını açıqlayıb: “Zədədən sonra reabilitasiya 15-20 gün davam edəcək. Hərtərəfli bərpa dönəmi isə 1-2 ay çəkəcək. Bu müddət ərzində qoruyucu maskadan istifadə edəcəyəm. Çox güman ki, növbəti mövsümün hazırlığı zamanı komanda ilə birgə olacağam”.

Qeyd edək ki, qış fasiləsində “Qarabağ”dan “Krasnodar”a keçən Kadi Borges Rusiya klubunun heyətində 11 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR