“Barselona”nın sabiq futbolçusu David Vilya klub alıb.
Bakıvaxtı.az 41 yaşlı keçmiş hücumçu İspaniyanın altıncı liqasında çıxış edən “Benidorm” komandasına sahiblənib. Daha əvvəl onun da daxil olduğu konsorsium ABŞ-də “Kinsboro”nu alıb.
“Benidorm”un keçmiş prezidenti Xose Santyaqo Lopes David Vilyaya uğur arzulayıb və komandanın əvvəlki mövqeyinə qayıdacağına ümid etdiyini bildirib. Sözügedən klub XX əsrin sonlarında altıncı deyil, üçüncü liqada mübarizə aparırdı.