• Bakı 7° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Millimiz gümüş medal qazandı

İDMAN

29 Aprel 2023 | 11:38

Millimiz gümüş medal qazandı

Stolüstü tennis üzrə U-13 milli komandamız Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirinin gümüş mükafatını qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komandamız ¼ finalda Sloveniya millisini 5-1, yarımfinalda ev sahibinin digər kollektivini 5-0 hesabı ilə üstələyib. Finalda isə Çexiya seçməsinə 1-5 hesabı ilə uduzan idmançılarımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.

Üçüncü yeri Belçika və Xorvatiya komandaları tutublar. Qeyd edək ki, Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və  Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026