• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Azərbaycan Premyer Liqasının qalibləri mükafatlandırılıblar

İDMAN

28 May 2023 | 22:17

Azərbaycan Premyer Liqasının qalibləri mükafatlandırılıblar

Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibləri mükafatlandırılıblar.

Bakıvaxtı.az-ın məlumatına görə, mükafatlandırma mərasiminə AFFA-nın prezidenti Rövnəq Abdullayev, qurumun baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov qatılıblar.

“Azersun Arena”da təşkil olunmuş tədbirdə “Qarabağ”a qızıl, “Sabah”a gümüş, “Neftçi”yə bürünc medallar təqdim olunub.

22 qolla mövsümü bombardir kimi başa vuran “Qarabağ”ın hücumçusu Ramil Şeydayevə də mükafatı verilib.

Sonda “Qarabağ”ın kapitanı Maksim Medvedev çempionluq kubokunu başı üzərinə qaldırıb.


SON XƏBƏRLƏR