• Bakı 8° C

    11.82 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

​“Bavariya” Keynlə razılaşdı

İDMAN

27 Iyun 2023 | 21:54

​“Bavariya” Keynlə razılaşdı

Harri Keyn “Bavariya”ya keçməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, ingilis hücumçu ilə alman klubu transferlə bağlı prinsipial razılığa gəliblər.

İndi münhenlilər “Tottenhem”lə transfer şərtlərini razılaşdırmalıdır.

Məlumata görə, 29 yaşlı hücumçu mövsümlərarası fasilədə Almaniya komandasına keçmək istəyir.

Qeyd edək ki, bir müddət əvvəl “Bavariya”nın hücumçu üçün 70 milyon və bonuslar təklif etdiyi, lakin londonluların bu təklifi rədd etdiyi bildirilirdi.

Xatırladaq ki, Keyn ötən mövsüm Premyer Liqada 38 oyuna çıxıb, 30 qol vurub və 3 məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026