• Bakı 21° C

    6.14 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Məşhur futbolçu karyerasını bitirdi

İDMAN

27 Iyul 2023 | 18:41 | Müəllif: Subhan Mahmudov

Məşhur futbolçu karyerasını bitirdi

İspaniya millisinin və İngiltərənin "Mançester Siti" klubunun sabiq futbolçusu David Silva peşəkar karyerasını başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, yeni mövsüm öncəsi İspaniya "Real Sosyedad"ı ilə təlim-məşq toplanışında dizindən ağır zədə alan yarımmüdafiəçi 37 yaşında futbolla vidalaşıb.

Bununla bağlı sosial şəbəkə hesabından paylaşım edən Silva həyatının ən ağır qərarlarından birini verdiyini bildirib:

"Bu gün mənim üçün kədərli gündür. Həyatımı həsr etdiyim oyunla, mənim üçün ailə kimi olan həmkarlarımla vidalaşmağın vaxtıdır. Futbol üçün çox darıxacağam".

Qeyd edək ki, David Silva karyerası ərzində ölkəsinin "Valensiya", "Eybar" və "Selta" klublarında da çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026