• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Olimpiya” “Qarabağ”la oyundan sonra futbolçusunu satıb

İDMAN

25 Avqust 2023 | 12:13 | Müəllif: Subhan Mahmudov

“Olimpiya” “Qarabağ”la oyundan sonra futbolçusunu satıb

Sloveniya çempionu “Olimpiya” UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən ilk oyundan sonra futbolçusu Svit Seşları satıb.

Bakıvaxtı.az klubun rəsmi saytına istinadən məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.

Ötən gün “Qarabağ”la keçirilən matçda 72 dəqiqə mübarizə aparan Sloveniyanın gənclər millisinin üzvü “Eyüpspor”a keçib. Futbolçu məhz “Qarabağ”la qarşılaşmanın ardından klubla vidalaşıb. Seşların Türkiyənin I Liqa klubuna transferi Lyublyana təmsilçisinə 2,5 milyon avro qazandırıb.

Qeyd edək ki, “Qarabağ” səfərdə keçirilən ilk görüşdə 2:0 hesablı qələbə qazanıb. Komandalar arasında cavab matçı avqustun 31-də Bakıda oynanılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026