• Bakı 27° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Millimizdən Aropa çempionatında daha bir medal

İDMAN

25 Avqust 2023 | 23:01

Millimizdən Aropa çempionatında daha bir medal

Azərbaycan millisi Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə böyüklər arasında olimpiya çəki dərəcələri üzrə Avropa çempionatında daha bir medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, +80 kq çəki dərəcəsində Həmidreza Badrialiabadi fəxri kürsünün ikinci pilləsinə yüksəlməklə gümüş medala yiyələnib. Daha öncə millinin heyətində Cavad Ağayev (68 kq) də ikinci yeri tutub.

Estoniyada keçirilən gənclərin Avropa çempionatında da komandamız hələlik 2 medala sahib olub. Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafat qazanıb.

Qeyd edək ki, hər iki yarış avqustun 26-da başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026