• Bakı 21° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

"Mançester Yunayted"in hücumçusu "Rolls Royce" ilə qəzaya uğradı

İDMAN

24 Sentyabr 2023 | 16:09

Mançester Yunaytedin hücumçusu Rolls Royce ilə qəzaya uğradı

"Mançester Yunayted"in hücumçusu Markus Reşford avtomobil qəzasına düşüb.

Bakıvaxtı.az  "The Mirror"a istinadən xəbər verir ki, hadisə İngiltərə Premyer Liqasının 6-cı turunda "Bernli" üzərində qələbədən (1:0) sonra, Mançester təmsilçisinin məşq mərkəzindən qayıtdığı zaman baş verib. 25 yaşlı hücumçu 700 min funt-sterlinq dəyərində olan "Rolls Royce"u idarə edirdi. Futbolçunun hadisədən sarsıldığı, lakin ciddi xəsarət almadığı bildirilir.

Bu mövsüm Reşford bütün turnirlərdə "Mançester Yunayted"in heyətində 6 matçda 1 qol vurub və 2 qolun ötürməsini verib.


SON XƏBƏRLƏR

08 May 2025