• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Sumqayıt”ın futbolçusu hakimi təhqir etdi

İDMAN

24 Oktyabr 2023 | 15:17

“Sumqayıt”ın futbolçusu hakimi təhqir etdi

“Sumqayıt-2”nin futbolçusu Ruslan Əliyev Əvəzedicilər Liqasının X turunda, “Sabah-2” ilə oyunda hakimi təhqir etdiyi üçün diskvalifikasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, birbaşa qırmızı vərəqə alan oyunçu 4 oyunluq cəzalandırılıb, klubu 300 manat cərimə edilib.

Bundan əlavə, matçın son dəqiqələrində meydandan qovulan “Sabah-2”nin üzvü Fəxri Məmmədli və “Sumqayıt-2”nin futbolçusu Said Əliyev qarşıdakı oyunu buraxacaqlar. Hər iki komanda buna görə 50 manat ziyana düşüb.

Qarşılaşmada “Sabah-2”nin 5, “Sumqayıt-2”nin isə 4 futbolçusu sarı vərəqə alıb. Bu, onlara əlavə 70 manatlıq cərimə bahasına başa gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR