İspaniya La Liqasının prezidenti Xavyer Tebas vəzifəsindən istefa verib.
Bakıvaxtı.az xəbər verir ki, o, seçkilərdə yenidən prezident seçilmək üçün bu addımı atıb.
Tebasın istefası ilə 2024-cü ildə keçirilməsi gözlənilən prezident seçkiləri bu il təşkil olunacaq.
2013-cü ildən İspaniya La Liqasının prezidenti olan Xavyerin 4-cü dəfə yeganə namizəd kimi prezident seçiləcəyi iddia edilir.
















