• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Neftçi" darmadağınla mərhələni adladı

İDMAN

21 Dekabr 2023 | 20:51 | Müəllif: Subhan Mahmudov

"Neftçi" darmadağınla mərhələni adladı

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, raundun son oyununda “Neftçi” meydançaya çıxıb.

“Ağ-qaralar” I Liqa təmsilçisi “Qaradağ Lökbatan”la üz-üzə gəlib. “Neftçi Arena”da baş tutan matçda sensasiya baş verməyib. “Neftçi” doğma arenasında rəqibini 4:0 hesabı ilə darmadağın edib.

“Neftçi”nin 1/4 finaldakı rəqibi “Sumqayıt” olacaq. Bu mərhələnin oyunları yanvarın 30-31-də və fevralın 6-7-də keçiriləcək.

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Qəbələ”, “Səbail”, “Zirə” və “Qarabağ” 1/4 finala yüksəliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026