• Bakı 17° C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Salah zədələndi

İDMAN

20 Yanvar 2024 | 17:01

Salah zədələndi

Afrika Millətlər Kubokunun B qrupunda Qana ilə matçda zədələnən Misir millisinin və İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salahın durumuna aydınlıq gəlib.

Bakıvaxtı.az Misir Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 2:2 hesabı ilə yekunlaşan görüşdə əzələsi dartılan 32 yaşlı hücumçu qarşıdakı iki oyunda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Misir seçməsi ilk iki turdan sonra 2 xalla öz qrupunda ikinci pilləni tutur. Komanda qrupda son oyununu yanvarın 23-də lider Kabo-Verde yığmasına qarşı keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026