• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

“Qalatasaray” darmadağınla yenidən liderliyi ələ keçirdi

İDMAN

18 Fevral 2024 | 23:36 | Müəllif: Subhan Mahmudov

“Qalatasaray” darmadağınla yenidən liderliyi ələ keçirdi

Futbol üzrə Superliqasında XXVII turun daha 4 oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, çempionluğa iddialı "Qalatasaray" səfərdə "Ankaragücü"nün qonağı olub. Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Kərəm Dəmirbay, Davinson Sançes və Mauro İkardi vurublar.

Bu qələbə ilə xallarını 69-a çatdıran "Qalatasaray" yenidən liderliyə yüksəlib. İkinci pillədə 67 xalla "Fənərbağça" qərarlaşıb.

Günün digər oyunlarında "Alanyaspor" "Adana Dəmirspor"la 3:3, "Qaziantep" "Samsunspor"la 1:1 hesablı heç-heçə edib, "Trabzonspor" isə "Pendikspor"a 2 cavabsız qolla qalib gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR