• Bakı 13° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Qrizmann bu dəfə Fransa millisinə kömək edə bilməyəcək

İDMAN

19 Mart 2024 | 14:33

Qrizmann bu dəfə Fransa millisinə kömək edə bilməyəcək

İspaniyanın “Atletico de Madrid” klubunda çıxış edən Antuan Qrizmann 2017-ci ildən bəri ilk dəfə Fransa millisinə kömək edə bilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, hücumçu topuğundakı zədə ucbatından Almaniya və Çiliyə qarşı yoldaşlıq matçlarında iştirak etməyəcək.

32 yaşlı forvard 2017-ci ildən indiyədək yığmada ardıcıl 84 matçda meydana çıxıb və heç bir görüşü buraxmayıb.

Qeyd edək ki, “xoruzlar” martın 23-də Almaniya, bundan 3 gün sonra isə Çili ilə üz-üzə gələcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026