• Bakı 22° C

    9.16 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Fransada olimpiadanın açılış mərasimi təxirə salına bilər

İDMAN

17 Aprel 2024 | 21:04

Fransada olimpiadanın açılış mərasimi təxirə salına bilər

Sena çayı üzərindəki tədbir üçün təhlükə yaranarsa, Olimpiya Oyunlarının açılış mərasimi Stade de France-a köçürüləcək.

Bakıvaxtı.az Reuters-ə istinadən  xəbər verir ki, bu sözləri Fransanın idman naziri Ameli Oudea-Kastera bildirib. 

"Mütləq fəlakət ehtimalı olsaydı, protokolla ciddi şəkildə məhdudlaşdırılan bir mərasimi təsəvvür etmək olardı” deyə nazir qeyd edib.
Olimpiya Oyunlarının açılış mərasiminin 2024-cü il iyulun 26-da keçirilməsi planlaşdırılır. Ssenariyə görə açılış mərasimi Sena çayında baş tutacaq. İştirakçı komandaların nümayəndə heyətlərini 160-dan çox qayıq daşıyacaq.


SON XƏBƏRLƏR

29 Aprel 2024