• Bakı 19° C

    8.51 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Nicat Abasov fransalı şahmatçıya uduzdu

İDMAN

18 Aprel 2024 | 10:15

Nicat Abasov fransalı şahmatçıya uduzdu

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 28 yaşlı qrossmeyster XI turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib. Abasov qara fiqurlarla oynayıb. O, hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Firuzca isə 4,5 xalla yeddincidir.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.


SON XƏBƏRLƏR

30 Aprel 2024