• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qapıçılarla bağlı qaydalar dəyişir

İDMAN

17 Aprel 2024 | 23:32 | Müəllif: Subhan Mahmudov

Qapıçılarla bağlı qaydalar dəyişir

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qapıçılar üçün topa sahiblik müddəti ilə bağlı yeni protokol hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda qolkiperilərin topu 6 saniyədən çox olmayan müddətdə əllərində saxlamaq imkanı var.

Bu qayda pozuntusunun cəzası həmin mövqedən cərimə zərbəsidir. Lakin hakimlər bu qaydanı tətbiq etmirlər. Çünki belə məsafədən cərimə zərbəsi çox üstünlük təşkil edir.

Buna görə də hakimlərdən topa sahibliyi dəyişdirməyin iki fərqli üsulunu sınamaq tələb olunacaq. Qapıçılara topu maksimum 8 saniyə saxlamağa icazə veriləcək. Limit keçilərsə, hakim künc zərbəsi və ya topu mübahisəli atışla oyuna daxil etmə təyin edəcək.

Yeni qaydalar 2024/2025 mövsümündə sınaqdan keçiriləcək. Uğurlu olarsa,2026/2027 mövsümündən etibarən bu tələb bütün turnirlərə şamil olunacaq./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026