• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bir klubda ən çox qol vuran futbolçuların adları açıqlanıb

İDMAN

19 Mart 2024 | 12:32

Bir klubda ən çox qol vuran futbolçuların adları açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bir komandada ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 13 futbolçunun yer aldığı siyahıya ABŞ-nin "İnter Miami" klubunun və Argentina millisinin üzvü Lionel Messi başçılıq edir.

O, 2004-2021-ci illərdə çıxış etdiyi "Barselona"da (İspaniya) 672 qol vurub.

Siyahıda ikinci yerdə 450 qolla Kriştianu Ronaldu, 3-cü yerdə isə 354 qolla Kərim Benzema qərarlaşıb. Onlar Madrid "Real"ının heyətində fərqləniblər.

Fransa çempionatının son turunda, "Monpelye" ilə matçda etdiyi het-triklə PSJ-nin formasında 250 qol vuran Kilian Mbappe 13-cü pillədə yer alıb.

Qeyd edək ki, İFFHS ölkə çempionatı və kuboku, həmçinin rəsmi beynəlxalq turnirlərdə vurulan qolları nəzərə alıb.


SON XƏBƏRLƏR

26 Aprel 2024