• Bakı 22° C

    9.16 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Azərbaycan çempionatında ilk finalçı müəyyənləşdi

İDMAN

17 Aprel 2024 | 16:58

Azərbaycan çempionatında ilk finalçı müəyyənləşdi

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında ilk finalçı müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, “Azərreyl” yarımfinalda MOİK-i üstələyərək, həlledici görüşdə iştirak hüququna yiyələnib.

İlk qarşılaşmada 3:0 hesablı qələbə qazanan “Azərreyl” cavab matçında da eyni nəticəni təkrarlayıb. Setləri 25:12, 25:18 və 25:14 hesablı üstünlüklə tamamlayan komanda çempionluq şansını davam etdirib.

Yarımfinalın digər cütündə “Murov Az Terminal” və “Neftçi” komandaları aprelin 18-də üz-üzə gələcəklər. Bu klubların ilk duelində “Murov Az Terminal” 3:0 hesabı ilə qələbə qazanıb.


SON XƏBƏRLƏR

29 Aprel 2024