• Bakı 21° C

    3.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Xavi “FC Barcelona”da qala bilər

İDMAN

19 Mart 2024 | 17:35

Xavi “FC Barcelona”da qala bilər

“FC Barcelona”nın baş məşqçisi Xavi Ernandes mövsüm başa çatdıqdan sonra İspaniya klubunda qala bilər.

Bakıvaxtı.azxəbər verir ki, bu barədə sport.es nəşri iddia irəli sürüb.

Bildirilib ki, Kataloniya təmsilçisinin rəhbərliyi 44 yaşlı mütəxəssisin yerinə namizəd axtarışını dayandırıb.

Xavinin klubda fəaliyyətini davam etdirməsi üçün bir neçə şərt var. “FC Barcelona” La Liqa çempionluğu uğrunda sonadək mübarizə aparmalı və Çempionlar Liqasını qazanmalıdır.

Bundan əlavə, klub rəsmiləri baş məşqçidən qalmağı şəxsən xahiş etməlidirlər. Əks halda o, sözünün üstündə duracaq. Eyni zamanda, “FC Barcelona” rəhbərliyi gələn yay bir neçə yaxşı transferin gerçəkləşəcəyinə zəmanət verməlidir.

Qeyd edək ki, “FC Barcelona” 29 turdan sonra 64 xalla La Liqada ikinci pillədə qərarlaşıb. Komanda lider “Real Madrid”dən 8 xal geridədir. Kataloniyalılar Çempionlar Liqasının 1/4 final mərhələsində Fransanın PSG klubu ilə üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026