• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Aleksander Medina təyinatından 4 ay sonra istefaya göndərildi

İDMAN

19 Mart 2024 | 15:59

Aleksander Medina təyinatından 4 ay sonra istefaya göndərildi

İspaniyanın “Granada” klubu baş məşqçisi Aleksander Medinanı istefaya göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

45 yaşlı mütəxəssis komandanın uğursuz çıxışı səbəbindən vəzifəsindən ayrılıb. Bununla da Medina “Granada”da cəmi 4 ay çalışa bilib. O, 2023-cü ilin noyabrında bu posta təyin olunmuşdu. Komanda uruqvaylının rəhbərliyi altında keçirdiyi 17 oyunun 12-də məğlub olub, 4-də heç-heçə edib, yalnız 1 dəfə qələbə qazanıb.

Qeyd edək ki, “Granada” 29 turdan sonra 14 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.


SON XƏBƏRLƏR