• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycan - İngiltərə oyununun hakimləri açıqlandı

İDMAN

19 Mart 2024 | 14:01

Azərbaycan - İngiltərə oyununun hakimləri açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində İngiltərə ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

Bakıvaxtı.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qitə futbol qurumu görüşü Bosniya və Herseqovinadan olan referilərə həvalə edib.

“Azərsun Arena”da təşkil olunacaq qarşılaşmanın baş hakimi Antoni Bandiç olacaq. Ona Amer Maciç və Boris Duymoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Musa yerinə yetirəcək.

Qeyd edək ki, martın 22-də keçiriləcək Azərbaycan – İngiltərə oyunu saat 16:00-da başlayacaq. Yığmamız bundan dörd gün sonra eyni məkanda Ukraynanı qəbul edəcək.


SON XƏBƏRLƏR

26 Aprel 2024