• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Son dəqiqəyə qədər mübarizə aparacağıq” - Artur Jorje

İDMAN

19 Fevral 2024 | 11:45

“Son dəqiqəyə qədər mübarizə aparacağıq” - Artur Jorje

“Qarabağ”ı keçmək üçün son dəqiqəyə qədər mübarizə aparacağıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu barədə danışarkən deyib.

52 yaşlı mütəxəssis ilk görüşdə qydə alınan 2:4 hesablı məğlubiyyətə baxmayaraq, Bakıda bunun əvəzini çıxacaqlarına inanır: “Çempionatda “Farense” üzərində qələbə inam və motivasiyanı artırmaq üçün vacib idi. Artıq diqqətimizi “Qarabağ”la qarşılaşmaya yönəltmişik. Məqsədimiz mərhələ adlamaq olacaq”.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR