• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Augsburg” və “Celtic” Zubirlə maraqlanırlar

İDMAN

19 Fevral 2024 | 10:25

“Augsburg” və “Celtic” Zubirlə maraqlanırlar

Almaniya və Şotlandiya klubları “Qarabağ”ın futbolçusu Abdullah Zubirlə maraqlanırlar.

Bakıvaxtı.az “onefootball.com”a istinadən xəbər verir ki söhbət “Augsburg” və “Celtic”dən gedir.

Adıçəkilən komandalar fransalı yarımmüdafiəçini mövsümün sonunda heyətlərinə qatmaq barədə düşünürlər. 32 yaşlı hücumameyilli futbolçunun UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braga” ilə görüşdə (4:2) 2 qol, 1 məhsuldar ötürmə verməsi “Augsburg”la “Celtic”in diqqətini çəkib. Eyni zamanda, Fransa Liqa 1-də çıxış edən bir klubun da ona maraq göstərdiyi bildirilir.

Qeyd edək ki, Abdullah Zubirin “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026