• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Kocaelispor”un baş məşqçisi istefaya göndərildi

İDMAN

19 Fevral 2024 | 14:27

“Kocaelispor”un baş məşqçisi istefaya göndərildi

Azərbaycanlı futbolçu Ramil Şeydayevin Türkiyənin “Kocaelispor” klubundakı baş məşqçisi Ərtuğrul Sağlam istefaya göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, qarşılıqlı razılıqla 54 yaşlı mütəxəssislə yollar ayrılıb. Təcrübəli çalışdırıcının istefasına səbəb komandanın son vaxtlar uğursuz nəticələr göstərməsidir.

Qeyd edək ki, “Kocaelispor” 23 turdan sonra 43 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR