• Bakı 10° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qarabağ” – “Braga” oyunu üçün 30 minə yaxın bilet satıldı

İDMAN

19 Fevral 2024 | 13:45

“Qarabağ” – “Braga” oyunu üçün 30 minə yaxın bilet satıldı

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braga” klubuna qarşı keçirəcəyi ev oyununun biletləri tükənmək üzrədir.

Bakıvaxtı.az xəbər verir ki, görüşün keçirilməsinə hələ 3 gün vaxt qalsa da, artıq 29.400 bilet satılıb.

Hazırda 5 sektor üçün ümumilikdə 500 bilet sahibini gözləyir. Həmçinin VIP-ə də satılmayan 100-ə yaxın bilet qalıb.

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Braqadakı ilk görüşdə “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026