• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

FIFA-2026 Dünya Kubokunun finalı bu şəhərdə keçiriləcək

İDMAN

19 Yanvar 2024 | 21:26 | Müəllif: Subhan Mahmudov

FIFA-2026 Dünya Kubokunun finalı bu şəhərdə keçiriləcək

2026-cı il futbol üzrə Dünya Çempionatının final oyunu ABŞ-nin Texas ştatında, Dallasda yerləşən stadionda keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, oyun Milli Futbol Liqasının (NFL) “Dallas Cowboys” klubunun “AT&T Stadium” ev stadionunda, baş tutacaq. Arenanın maksimal tutumu 105 min tamaşaçıdır. Stadion 2009-cu ildə istifadəyə verilib və 1,3 milyard dollar dəyərində qiymətləndirilir.

Qeyd olunur ki, Dallasdakı stadion Dünya Kubokunun finalına ev sahibliyi etmək hüququ uğrunda yarışda Nyu-Cersidəki arenanı - NFL klubları “New York Giants” və “New York Jets”in oyunlarının keçirdiyi “MetLife Stadium"u qabaqlayıb.

2026-cı il Dünya Çempionatı ABŞ, Kanada və Meksika ərazisində keçiriləcək. Final iyulun 19-da baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026