• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyəli 29 yaşlı futbolçu xərçəngdən öldü

İDMAN

18 Fevral 2024 | 15:13 | Müəllif: Subhan Mahmudov

Türkiyəli 29 yaşlı futbolçu xərçəngdən öldü

Türkiyənin 2-ci liqasında yer alan “Serik Bələdiyyəspor”da forma geyinən 29 yaşlı futbolçu Mömin Talib Pazarlı vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Futbolçunun qan xərçəngindən vəfat etdiyi bildirilib.

Klubdan bildirilib ki, futbolçuya bir müddət öncə qan xərçəngi diaqnozu qoyulmuşdu.

1 ay əvvəl “Ankara Dəmirspor” klubundan transfer olan futbolçu sonuncu dəfə yanvarın 31-də “Mərsin İdmanyurdu”na qarşı keçirilən oyunda iştirak etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026