• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Ronaldu Portuqaliya millisinin ilk oyununu buraxacaq

İDMAN

19 Mart 2024 | 09:31

Ronaldu Portuqaliya millisinin ilk oyununu buraxacaq

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İsveçə qarşı keçirəcəkləri yoldaşlıq oyununda iştirak etməyəcək.

Bakıvaxtı.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Roberto Martines 39 yaşlı hücumçunu qarşılaşma üçün 23 nəfərlik heyətə daxil etməyib.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən təcrübəli forvardın Sloveniya ilə yoldaşlıq matçından əvvəl kollektivə qoşulacağı vurğulanıb.

Qeyd edək ki, Portuqaliya millisi martın 21-də İsveç, beş gün sonra isə Sloveniya ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR

26 Aprel 2024