• Bakı 24° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Güləş yığmalarımız Avropa çempionatına hazırlaşır

İDMAN

17 Aprel 2024 | 15:43

Güləş yığmalarımız Avropa çempionatına hazırlaşır

Azərbaycanın yunan-Roma və sərbəst güləş üzrə U-15 milliləri Avropa çempionatına hazırlaşır.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Yunan-Roma güləşi yığmamız böyük məşqçi Əbilfət Məmmədov və məşqçi İlham Vezirovun rəhbərliyi altında təlim-məşq toplanışını Bakıda keçir. Qitə birinciliyinə hazırlıq məqsədilə toplanışa 26 güləşçi cəlb edilib. Aprelin 15-də Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında startı verilən hazırlıq prosesi ayın 27-dək davam edəcək.

Sərbəst güləşçilər isə Xaçmaz Olimpiya İdman Kompleksində bir araya gəliblər. Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında 26 güləşçi toplanışda iştirak edir. Aprelin 13-də başlayan hazırlıq prosesinə ayın 23-də yekun vurulacaq.

Qeyd edək ki, hər iki komandanın təlim-məşq toplanışı fiziki hazırlığın yüksəldilməsi məqsədilə keçirilir. U-15 Avropa çempionatı mayın 15-dən 18-dək Yunanıstanın Lutraki şəhərində təşkil ediləcək.


SON XƏBƏRLƏR

29 Aprel 2024