• Bakı 22° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Oyun zamanı infarkt keçirən futbolçu öldü

İDMAN

17 Aprel 2024 | 15:11

Oyun zamanı infarkt keçirən futbolçu öldü

İtaliyanın beşinci divizion komandası “Kastelfiorentino”nun yarımmüdafiəçisi Mattia Giani ölüb.

Bakıvaxtı.az xəbər verir ki, 26 yaşlı futbolçu matç zamanı baş verən infarkt nəticəsində dünyasını dəyişib.

O, “Lançiotto Kampi”yə qarşı oyunun 15-ci dəqiqəsində meydanda yıxılıb. Ürəyi dayanan futbolçuya həkimlər ilkin yardım göstərdikdən sonra o, Florensiyada xəstəxanaya aparılıb. Amma Gianinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mattia Giani “Empoli”nin yetirməsi olub.


SON XƏBƏRLƏR

29 Aprel 2024