• Bakı 19° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

“Zirə” bu göstəricidə Avropada ilk “10-luq”dadır
 

İDMAN

17 Aprel 2024 | 14:37

“Zirə” bu göstəricidə Avropada ilk “10-luq”dadır 

“Zirə” 2023/2024 mövsümündə Avropanın milli çempionatlarında ən az qol buraxan 10 komandadan biridir.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan klubu Premyer Liqada keçirdiyi 30 oyunda 18 qol buraxıb.

Ən azı 25 turun oynanıldığı liqalardakı komandalardan yalnız 8-i Rəşad Sadıqovun kollektivindən daha etibarlı müdafiə xəttinə malikdir. Bu baxımdan mövsümün ən yaxşı göstəricisi Bolqarıstanın “Ludoqorets” klubuna məxsusdur. Adıçəkilən komanda ölkə çempionatının 29 matçında qapısında cəmi 15 top görüb.

“Boraç” (Bosniya və Herseqovina) və “Şkupi” (Şimali Makedoniya) hərəyə 16 dəfə meydanın mərkəzinə dəvət olunmaqla ilk “üçlük”də qərarlaşıblar. “Zaltsburq”, “Şturm” (hər ikisi Avstriya), PSV (Niderland), “İnter” (İtaliya) və ÇSKA (Bolqarıstan) 4-8-ci yerləri bölüşdürürlər. Bu klubların hər biri öz çempionatlarında 17 qola üzülüblər. “Zirə” isə siyahıda 9-cu sıradadır.

“Zirə” Premyer Liqada orta hesabla hər görüşdə 0,60 qol buraxır. Qəsəbə təmsilçisi bu göstəriciyə görə isə Avropanın 8-ci komandasıdır. Azərbaycan klubunu “Ludoqorets” (0,52), “İnter” (0,53), “Larne” (Şimali İrlandiya - 0,56), PSV (0,57), TNS (Uels - 0,58), “Şkupi” (0,59) və ÇSKA (0,59) qabaqlayırlar.


SON XƏBƏRLƏR

29 Aprel 2024