• Bakı 23° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Atıcılarımız Almaniyada qızıl medal qazandılar

İDMAN

18 Mart 2024 | 21:51 | Müəllif: Subhan Mahmudov

Atıcılarımız Almaniyada qızıl medal qazandılar

Azərbaycan atıcıları Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS-2024" beynəlxalq turnirində növbəti dəfə fəxri kürsüyə qalxıblar.

Bakıvaxtı.az xəbər verir ki, 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında Nigar Nəsirova və Ruslan Lunyov tandemi qızıl medal qazanıb.

Eyni növdə qüvvəsini sınayan Elvin Astanov və Xanna Əliyeva cütlüyü isə ikinci yeri tutub.

Qeyd edək ki, bundan öncə Azərbaycan millisinin üzvü Xanna Əliyeva pnevmatik tapançadan atəşaçmadan 235.2 xalla ikinci yeri tutaraq gümüş mükafata yiyələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026