• Bakı 23° C

    5.38 m/s

Azərbaycan bilyardçısı Avropa çempionu oldu

İDMAN

17 Aprel 2024 | 11:38

Azərbaycan bilyardçısı Avropa çempionu oldu

Azərbaycan idmançısı Tofiq Quliyev bilyard üzrə Avropa çempionu olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  Azərbaycan Bilyard Federasiyasından məlumat verilib.

O, Moldovanın paytaxtı Kişinyovda keçirilən bilyardın piramida növü üzrə Avropa çempionatında qızıl medal qazanıb. Yarışda 7 ölkədən 70 bilyardçı mübarizə aparıb.

İkinci yeri ukraynalı Dmitro Pokotilski tutub. Digər təmsilçimiz Niyazi Xələfov isə 3-cü pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026