• Bakı 19° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

ÇL: "Mançester Siti" "Real"la üz-üzə gələcək

İDMAN

17 Aprel 2024 | 09:31

ÇL: Mançester Siti Realla üz-üzə gələcək

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, gecənin maraqlı oyunlarından biri İngiltərədə keçiriləcək.

“Etihad” stadionunda baş tutacaq matçda “Mançetser Siti” İspaniya nəhəngi “Real”la üz-üzə gələcək. Bu komandalar arasında ilk oyun 3:3 hesabı ilə yekunlaşıb.

“Bavariya” – “Arsenal” matçı gecənin növbəti dueli olacaq. Londonda 2:2 hesabı ilə bərabərə qalan kollektivlər cütün taleyinə “Alyans Arena”da aydınlıq gətirəcəklər.

Qeyd edək ki, bu cütlərin qalibləri yarımfinalda rəqib olacaqlar.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları
17 aprel

23:00. “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya)

Baş hakim: Daniele Orsato (İtaliya).
Mançester, “Etihad” stadionu.

İlk oyun – 3:3.

23:00. “Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə)
Baş hakim: Danni Makkeli (Niderland).
Münhen, “Alyans Arena”.

İlk oyun – 2:2.


SON XƏBƏRLƏR

29 Aprel 2024