• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Avropa çempionatında Azərbaycan bu gimnastlar təmsil edəcək

İDMAN

16 May 2024 | 12:36

Avropa çempionatında Azərbaycan bu gimnastlar təmsil edəcək

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, fərdi mübarizədə Zöhrə Ağamirova, Kamilla Seyidzadə və İlona Zeynalova çıxış edəcək.

Ləman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası da turnirdə mübarizə aparacaq.

Yeniyetmələrin yarışında Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı bacarığını göstərməyə çalışacaq.

Avropa çempionatı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Qeyd edək ki, mayın 22-dən 26-dək davam edəcək turnirdə ümumilikdə 302 idmançı çıxış edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026