• Bakı 25° C

    10.92 m/s

  • USD - 1.7

    EUR - 1.8514

    RUB - 0.0193

AVRO-2024: Almaniya darmadağınla başladı - VİDEO ​​+ YENİLƏNİB

İDMAN

15 Iyun 2024 | 01:00

AVRO-2024: Almaniya darmadağınla başladı - VİDEO ​​+ YENİLƏNİB

Almaniyada futbol üzrə XVII Avropa çempionatına start verilib.

Bakıvaxtı.az xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşıb.

Münhendəki "Allianz Arena"da baş tutan matçda meydan sahibləri 5:1 hesablı qələbə qazanıb.

Qarşılaşmada hesabı almanların heyətində 10-cu dəqiqədə Florian Virts açıb. 9 dəqiqə sonra Jamal Musiala komandasının üstünlüyünü iki topa çatdırıb. 45+1-ci dəqiqədə Kai Havertz Şotlandiyanın qapısına üçüncü dəfə yol tapıb. İkinci hissəyə də aktiv başlayan almanlar 68-ci dəqiqədə Niklas Fullkruqla daha bir qola seviniblər. Final fitinə 3 dəqiqə qalmış şotlandlar buraxılan qollardan birinin əvəzini çıxıb. Antonio Rudiger avtoqol müəllifi olub. Matçda yekun hesabı isə 90+3-cü dəqiqədə fərqlənən Emre Can təyin edib.

Qeyd edək ki, bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.

 

***00:38

Futbol üzrə XVII Avropa çempionatının açılış matçında Almaniya millisi Şotlandiyanı 4-cü dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.

Bakıvaxtı.az xəbər verir ki, Niklas Fullkruq 68-ci dəqiqədə meydan sahiblərinin üstünlüyünü bir qədər də artırıb - 4:0.

Qarşılaşma davam edir.

***00:12

Futbol üzrə XVII Avropa çempionatının açılış matçı olan Almaniya - Şotlandiya matçında ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, fasilədən sonra meydan sahibləri 3:0 hesabı ilə öndədir.

Şotlandiyanın heyətində Rayan Porteus qırmızı vərəqə aldığı üçün ikincilər oyunu 10 nəfərlə davam etdirir.

***23:52

Futbol üzrə XVII Avropa çempionatının açılış matçında Almaniya millisi üçüncü qolu vurub.

Bakıvaxtı.az xəbər verir ki, 45+1-ci dəqiqədə Kai Havertz penalti zərbəsini dəqiq yerinə yetirib.

Penaltiyə səbəb olan Rayan Porteus qırmızı vərəqə ilə cəzalandırılıb.

Almaniya - Şotlandiya matçında ilk hissə bu hesabla yekunlaşıb.

***23:21

Futbol üzrə XVII Avropa çempionatının ilk oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, A qrupunun Almaniya - Şotlandiya matçında meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər.

10-cu dəqiqədə Florian Virç Şotlandiya seçməsinin qapısına yol tapıb. 9 dəqiqə sonra Camal Musiala komandasının üstünlüyünü iki topa çatdırıb.

Münhendəki "Allianz Arena"da başlayan görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.

Oyunun start fiti saat 23:00-da səslənib.

***23:03

Almaniyada futbol üzrə XVII Avropa çempionatına start verilib.

Bakıvaxtı.az xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşır.

Münhendəki "Allianz Arena"da başlayan görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.

Oyunun start fiti saat 23:00-da səslənib.


SON XƏBƏRLƏR