• Bakı C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

AFFA məşqçini ömürlük futboldan uzaqlaşdırdı

İDMAN

14 Iyun 2024 | 16:34

AFFA məşqçini ömürlük futboldan uzaqlaşdırdı

Bu gün AFFA-da Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, I Liqada “İrəvan” klubunda çıxış edən Fəhmin Muradbəylinin danışılmış oyunlarda iştirakına görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə AFFA-nın İntizam Komitəsinin 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

Bundan əlavə, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənova da eyni cəza verilərək ömürlük futboldan uzaqlaşdırılıb.


SON XƏBƏRLƏR

19 Dekabr 2025