• Bakı C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

"Qarabağ"ın qapıçısı zədələnib, 8 ay futboldan uzaq qalacaq

İDMAN

14 Iyul 2024 | 15:00

Qarabağın qapıçısı zədələnib, 8 ay futboldan uzaq qalacaq

"Qarabağ"ın qapıçısı Amin Ramazanov zədələnib.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, o, məşq prosesində xəsarət alıb.

Qolkiperin müayinəsi zamanı sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.

Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan "köhlən atlar"ın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.


SON XƏBƏRLƏR

19 Dekabr 2025