• Bakı C

    2.46 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

İngiltərədə ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

İDMAN

13 Avqust 2024 | 12:35

İngiltərədə ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

İngiltərənin Peşəkar Futbolçular Assosiasiyası (PFA) 2023/2024 mövsümünün yaxşı oyunçusu adına namizədləri açıqlayıb.

Bakıvaxtı.az PFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda altı futbolçu yer alıb.

Bunlar Erlinq Holann, Rodri, Fil Foden (hər üçün "Mançester Siti"), Martin Edeqor "Arsenal", Koul Palmer ("Çelsi") və Olli Uotkinsdir ("Aston Villa").

Qalib qurumun üzvləri arasında keçirilən səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək və avqustun 20-də açıqlanacaq.

Qeyd edək ki, 2022/2023 mövsümündə Erlinq Holann mükafata sahib çıxıb.


SON XƏBƏRLƏR